Nusə adlı qədim musiqi aləti bərpa olunub
Qədim Musiqi Alətləri Ansamblının rəhbəri Məcnun Kərimov yeni alət bərpa edib.
Bu, XIII əsrdə Səfiəddin Əbdül-Mömin Urməvinin ixtira etdiyi nusə musiqi alətidir. Məcnun Kərimovun Lent.az-a verdiyi məlumata görə, möcüzəli quruluşa və gözəl səs tembrinə malik olan bu qədim musiqi aləti 81 simdən ibarətdir.
Məcnun Kərimov vaxtilə Səfiəddin Urməvi tərəfindən ixtira olunan daha bir musiqi alətini də bərpa etmək fikrindədir: “Muğni adlanan bu alətə bəzən müğənni də deyiblər. Çoxsimlidir, 37 simi var, uda bənzəyir. Bərpa ilə əlaqədar olaraq, arxiv materiallarını toplayırıq. Bu ilin sonuna kimi muğni alətinin də bərpası başa çatacaq. Bu alətlər bərpa olunandan sonra ansambla daxil edilir. Onlarda ifa etmək o qədər də çətin deyil. Çətin olan bu qədim alətləri bərpa etməkdir. Ümumiyyətlə, orta əsrlərdə 60-dan artıq musiqi aləti ifa olunub ki, onlardan cəmi 18-i dövrümüzə qədər gəlib çatıb, qalanları isə unudulub. Bona görə də bizim hələ görməli işimiz çoxdur”.
Ansambl rəhbəri deyib ki, digər ölkələrin qədim musiqi alətlərini öz ansamblına daxil etmək niyyəti yoxdur. Çünki Azərbaycanın qədim musiqi alətləri yetəri qədərdir: “Bizim o musiqi alətinə ehtiyacımız yoxdur. Həm də yad alətləri öz mədəniyyətimizə daxil edəndə bu mütləq özünü göstərir. Məsələn, bizim orkestrimizə kontrabas qoşublar. Bunu düzgün hesab etmirəm. Bu, həm də səslənmədə özünü göstərir. Bir çox beynəlxalq konfransda, tədbirdə iştirakımız zamanı dünya alimləri özləri etiraf edirlər ki, Azərbaycan xalqı bu qədər zəngin musiqi mədəniyyətinə malik yeganə xalqdır,”.
Məcnun Kərimov Qədim Musiqi Alətləri Ansamblının yaxın vaxtlarda Qatara səfəri olduğunu da vurğuladı. Lakin hələ bəzi dəqiqləşmələr aparıldığından ətraflı açıqlama vermədi.
Xəyalə Muradlı

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15