Əhməd Cavad Lənkəranda yad edilib
01 dekabr 2012 00:48 (UTC +04:00)

Əhməd Cavad Lənkəranda yad edilib

Noyabrın 30-da Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseydə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyinə həsr edilən "Sən öylə bir şeyirsən ki, sevməyənlər anlamaz" adlı elmi-praktiki konfrans keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycan Reespublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov açıb.

Lənkəran Dövlət Universitetinin “Dil və ədəbiyyat” kafedrasının müdiri, dosent, Yazıçılar Birliyinin üzvü Yədulla Ağazadə “İstiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılıq yolu” mövzusunda geniş məruzə edib. Bildirilib ki, 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuş şair Gəncə ruhani seminariyasında və Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil alıb. 45 illik həyatı boyu çox məşəqqətli ömür yolu keçən Əhməd Cavadın qəlbi daim Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyi ilə döyünüb. Nəticə etibarilə şair günahsız olmasına baxmayaraq, haqsız həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci ildə imperiyanın amansız cinayətinin qurbanı kimi həyatdan vaxtsız köçüb.

Məruzə ətrafında çıxışlarda filologiya üzrə fəlsəfə elmləri doktoru, prezident təqaüdçüsü, Yazıçılar Birliyinin üzvü Mirhaşım Talışlı, Liman şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Rəqsanə Xasıyeva, Liman şəhər 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Əfayət Əsədova, şəhər 8 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Münasib Nuriyev və digərləri fikir və düşüncələrini ifadə ediblər. Bütün çıxışlarda həyatı boyu xalqımızın müstəqillik ideallarına sadiq qalan Əhməd Cavad poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsi qoyulduğu, şairin zəngin yaradıcılığının sonrakı nəslin milli azadlıq və istiqlal uğrunda mübarizə təfəkkürünün inkişafında xüsusi rolu dönə-dönə qeyd olunub.

Tədbirdə həmçinin məktəblilərin ifasında Əhməd Cavadın şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, iştirakçılara ədəbi-bədii kompozisiya təqdim edilib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamına əsasən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1369

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21