100 gənc ustad dərsləri üçün toplaşır -
23 noyabr 2012 18:12 (UTC +04:00)

100 gənc ustad dərsləri üçün toplaşır -

Noyabrın 24-də Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdabı təmsil edən 100-dən artıq gənc yaradıcı kampda, təlimlərdə, fikir laboratoriyasında və məşqlərdə iştirak etmək üçün GİN – nin Şüvəlanda yerləşən düşərgəsinə toplaşacaq. Lent.az-ın məlumatına görə, tanınmış sənət adamları - xalq artistləri Rafael Dadaşov, Vaqif Əsədov, Rasim Balayev, Ağaxan Salmanlı, rejissor Cavid Təvəkkül, YUĞ Dövlət Teatrının direktoru Tərlan Rəsulovun iştirakı ilə ustad-dərslərin yer aldığı və həyəcanla gözlənilən Art Kamp 3 gün davam edəcək.

Noyabrın 24 saat 11.00 - Cavid Təvəkkül, saat 15.00 - Rafael Dadaşov
Noyabrın 25 saat 11.00 - Vaqif Əsədov, saat 15.00 - Rasim Balayev
Noyabrın 26 saat 11.00 - Ağaxan Salmanlı, saat 15.00 - Tərlan Rəsulov

Düşərgənin keçirilməsində məqsəd isə gənclər arasında ünsiyyətin və yaradıcı münasibətlərin formalaşmasına yardımçı olmaqdır.

Qeyd edək ki, layihənin ideya müəllifi Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir.

Layihənin informasiya dəstəyi AzTV, Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

Əlaqə üçün: 055 378 3133 (Ramil Ağasiyev)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194

Oxşar yazılar