Daha bir dünya şöhrətli müğənni Bakıda konsert verəcək
Dünya estradasının ulduzu, 6 Qremmi mükafatının sahibi Toni Brekstonun Bakı konsertinin biletləri artıq satışa çıxarılıb.
Biletlərin qiyməti 40-600 manat arasındadır. Belə ki, yerindən asılı olaraq 40 AZN, 60 AZN, 100 AZN, 150 AZN, 350 AZN, 450 AZN və 600 AZN kateqoriyalarında biletlər müəyyən edilib.
Xatırladaq ki, Toni Brekston dekabrın 17 və 18-də Heydər Əliyev Sarayında ilk solo konsert ilə çıxış edəcək.
Bu gündən etibarən konsertin rəsmi video çarxı da ictimaiyyətə təqdim olunacaq. «Un-Break My Heart», «I Heart You», «Spanish Guitar», «Make My Heart», «Pulse» kimi məşhur mahnıların ifaçısı Toni Brekston Heydər Əliyev Sarayındakı şousu zamanı 90 dəqiqəlik proqramla pərəstişkarlarının görüşünə gələcək.
Qeyd edək ki, iki günlük konsertin biletləri Heydər Əliyev Sarayının kassaları ilə yanaşı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Səməd Vurğun adına Rus Dram Teatrının, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kassalarında, eləcə də M.Ə.Rəsulzadə küçəsində (“Azərbaycan” kinoteatrının yanında), Üzeyir Hacıbəyov küçəsində (Hökumət evinin arxasında), Lev Tolstoy küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki kassalarda da satışda olacaq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu konsert Fondun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində təşkil olunur.
Jalə

Oxşar yazılar
Düsen Kaseinov: Heydər Əliyev mənə gündəlik işlərindən ətraflı danışdı
14 fevral 2025 , 22:30
“Eurovision 2025” qalmaqal mərkəzində: İrlandiya müsabiqəyə rus qadının yazdığı mahnı göndərdi
13 fevral 2025 , 20:39
Sizə motivasiya verəcək 20 aforizm
13 fevral 2025 , 16:55
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - Elxanlı Elatlı ilə MÜSAHİBƏ
12 fevral 2025 , 16:56
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
12 fevral 2025 , 14:55
İnsana Həyat Dərsləri Verən 10 Roman
12 fevral 2025 , 11:07
Pikassonun əsərindəki gizli qadın ortaya çıxdı
11 fevral 2025 , 18:47