Astarada həyətyanı sahədə tarixi abidə aşkarlanıb
Azərbaycanın Astara rayonunun Maşxan kəndində ibadovlar ailəsinə məxsus fərdi həyətyani torpaq sahəsində tarixi abidə aşkarlanıb.
APA-nın Cənub bürosunun məlumatına görə, ailənin kiçik oğlu Turab İbadov bir neçə gün öncə həyətyani sahədə ağac əkmək istəyərkən, qəfildən torpaq çöküb və çöküntünün alt qatında kərpiclər üzə çıxıb.
Torpağın altında kərpiclərin aşkarlanmasından heyrətlənən Turab qazıntını davam etdirib. Nəticədə qazılan ərazidə iki metr dərinlikdə kərpic kürəsinə bənzər yer aşkarlanıb. Yerli tarixçilər əraziyə baxış keçirərək burada qədim zamanlarda kərpic kürəsinin və ya dulusçuluq sexinin fəaliyyət göstərdiyi qənaətinə gəliblər.
Ailənin ağsaqqalı, 80 yaşlı Müqabil kişi isə yaşadığı həyətdə indiyədək bu cür hadisə ilə rastlaşmadığını bildirib. Onun sözlərinə görə, qədim abidə barədə ata - babalarından da heç nə eşitməyib.
Tapıntının mütəxəssislər tərəfindən tədqiq olunmasını arzu edən İbadovlar ailəsinin qənaətincə, bunun təkcə Maşxan kəndi deyil, ümumilikdə Astara rayonu üçün tarixi əhəmiyyəti ola bilər.

Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19