Nazir: “Daha bir neçə mədəni incimiz YUNESKO-nun maddi-mənəvi irsinə daxil ediləcək”
Lent.az-ın verdiyi məlumiata görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Azərbaycanda mədəniyyət sahəsində görülən işlər bəşəriyyət səviyyəsinə çatıb.
Əbülfəz Qarayev deyib ki, Azərbaycanın adı hazırda beynəlxalq aləmdə hörmətlə səslənir, ölkəmizdə görülən işlər rəğbətlə qarşılanır, ölkəmizin müxtəlif beynəlxalq qurumlarda iştirakı ildən-ilə genişlənir. O qeyd edib ki, YUNESKO-da Azərbaycanın özünəməxsus yeri var: “20 il ərzində bu əməkdaşlıq yüksək səviyyəyə çatıb. Azərbaycanın bir çox mədəniyyət inciləri YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxildir. Bu işin davamı olacaq. Azərbaycanın daha bir neçə mədəni incisi YUNESKO-nun maddi-mənəvi irsinə daxil ediləcək”.
Tədbirdə YUNESKO-nun Milli komissiyaları və vətəndaş cəmiyyəti şöbəsinin direktoru, YUNESKO-nun Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun direktoru, YUNESKO-nun Moskva ofisinin, Gürcüstan, Özbəkistan, Moldova milli komissiyalarının nümayəndələri, müxtəlif ölkələrin səfirliklərinin əməkdaşları iştirak edib. Mərasim çərçivəsində Azərbaycan mədəni irsini əks etdirən sərgi, eyni zamanda YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezenativ siyahısına daxil edilmiş nümunələrin təqdimatında konsert təşkil olunub.
Jalə Məmmədli

1053