Ədalət Əsgəroğlu: “Təbliğat zəifdir”
“Süni şouların baş alıb getməsi, əyləncələrə olan marağın artması teatra gələnlərin sayını kəskin azaldıb”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat əlaqələndiricisi, tanınmış şair Ədalət Əsgəroğlu Gənclərin II Ümumrespublika Teatr Festivalı haqqında danışarkən deyib.
Ədalət Əsgəroğlu bildirib ki, teatrın indiki durumu onu qane etmir: “Amma heç bir şou və əyləncə teatrın yerini verə bilməz. Teatr bir güzgüdür, hər kəs bu güzgüdə özünü görə bilir. Mən teatrı cəmiyyətin güzgüsü hesab edirəm. Amma bir məsələ də var ki, insanlar teatrda yeni abı-hava arzusundadır. Yenilik istəyirlər, bu yeniliyi görmədikcə şoulara, əyləncələrə meyl edirlər. Buna görə də yeni əsərlər yazılmalı və səhnələşdirilməlidir. Əslində dramaturqlar yazır. Sadəcə onlara diqqət göstərmək lazımdır. Bir də təbliğat lazımdır. Etiraf edək ki, bu gün gəncliyi maraqlandırmaq, onları teatra gətirmək üçün təbliğat işi zəifdir”.
O, bildirib ki, keçirilən festival gənclərin teatra olan marağını sürətlə artıracaq: “Gənclərin II Ümumrespublika Teatr Festivalı hər kəs tərəfindən bəyənilən və qiymətləndirilən bir festivaldır. Bir layihə ki, ətrafına gəncləri toplayıb, gözəl bir missiyaya xidmət edir, bu layihəni yalnız alqışlamaq lazımdır. Bəziləri gənclərə nagüman yanaşır, onları qınayır, amma bu yanaşma düzgün deyil. Mən gənclərə inanıram. Gənclərin sabahına nikbin baxıram. Və ona da inanıram ki, bu festival gənclərin teatra olan marağını artıracaq və ruhlandıracaq. Çox şeylər gözləyirəm. Qeyd etdiyim kimi gənclərə ümidim böyükdür. Yeni nəslə teatrı sevdirmək üçün bu festival önəmli yer tutacaq. Buna görə də gəncləri ruhlandırmaq lazımdır. Bir arzum da var, bu festival hər il keçirilsin”.
Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Layihənin informasiya dəstəyi Lent.az İnformasiya Agentliyi, Guney.az xəbər portalı və Araz FM radiosudur.

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21