Dünyanın məşhur teatr xadimləri Bakıya toplaşır
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tədbirdə MDB, Avropa, Amerika və Asiya ölkələrindən 80-dan çox qonağın, o cümlədən Litva Mədəniyyət Nazirinin müavini Deyvidas Staponkus, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone, məşhur Polşa dramaturqu, ssenaristi və rejissoru Kşiştof Zanussi, Rusiyanın görkəmli teatr və kino aktyoru, xalq artisti, Dövlət mükafatı laureatı, “Qızıl maska” Beynəlxalq Teatr Festivalının prezidenti Georgi Taratorkin, Roma Teatrının bədii rəhbəri Fabio Tolledi, UNESKO-nun Sülh artisti, Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, Sudanın görkəmli teatr xadimi Əli Mahdi, Zalsburq festivalının direktoru Zeno Ştanek, Fuceyra Monodram Festivalının prezidenti Mohammad Alafkham, ASSİTEJ-in prezidenti İvetta Hardi, Sverdovsk Musiqili Komediya Teatrının direktoru, TXİ-nin katibi Mixail Safronov, “Qızıl Maska” Benəlxalq Teatr Festivalının baş direktoru Mariya Revyakina və başqa tanınmış mütəxəssislərin iştirakı gözlənilir.
Konfrans çərçivəsində noyabrın 4-də saat 19:00-da Azərbaycan Dövlət Rus Dram Teatrında Görkəmli teatr və kino aktyorları Litvanın xalq artisti Yuozas Budraytisin və SSRİ xalq artisti Ryaqimantas Adomaytisin iştirakı ilə yaradıcılıq gecəsi olacaq, noyabrın 5-də Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika Respublikasından tanınmış teatr və televiziya ulduzu Tembi Mtshalinin iştirakı ilə “Qadın intizarı”, noyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanı Teatrının ifasında “Vağzal heç yerə getmir” tamaşaları göstəriləcək.
Bundan başqa, konfrans zamanı I Bakı Beynəlxalq Teatr Konfransına, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunan foto-sərgilər nümayiş olunacaq, “Milli idensifikasiya və inkişaf” komitəsinin idarə heyətinin toplantısı keçiriləcək.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06