Musa Yaqub: “Buna görə özümü günahlandırıram”
01 noyabr 2012 15:52 (UTC +04:00)

Musa Yaqub: “Buna görə özümü günahlandırıram”

“Teatrlarımız böhran vəziyyətindədir. Əvvəlki canlanma yoxdur, süstlük müşahidə olunur”. Lent.az-ın məlumatına görə, bunu “Gənclərin II Ümumrespublika Teatr Festivalı”na münasibət bildirərəkdən deyib. Musa Yaqub teatral mühitdən kəskin narazı olduğunu deyib: “Teatrlarımız böhran vəziyyətindədir. Əvvəlki canlanma yoxdur, süstlük müşahidə olunur. Hansı ki, teatr bizə hər zaman lazımdır, teatral mühit həmişə canlı olmalıdır. Qeyd edim ki, teatr ədəbiyyatın aparıcı qoludur, aktyor nəslinin yetişməsinə təkandır, çox şeylər sadalaya bilərəm. Amma bu gün yaxşı dram əsərləri yazılmır, yaxşı tamaşalar azlıq təşkil edir. Bu məsələdə dramaturqlar rejissorları, rejissorlar da dramaturqları günahlandırır. Dramaturq deyir yaxşı əsərim var, səhnə həlli uğursuzdur, rejissor da əksinə, yaxşı dram əsərlərinin olmamağından gileylənir”.

Son vaxtlar teatra getmədiyini etiraf edən şair deyib ki, buna səbəb kimi yaxşı tamaşalar olmamağını göstərib: “Buna görə hətta özümü günahlandırıram. Hesab edirəm ki, ziyalı hər zaman teatra getməlidir. Yaxşı tamaşalar olsun ki, mən də gedib baxım. Bu sahəni canlandırmaq lazımdır”.
Söhbət əsnasında şair, Gənclərin II Ümumrespublika Teatr Festivalının keçirilməsini yüksək qiymətləndirərək, bunu mədəniyyət hadisəsi kimi dəyərləndirib: “Çox gözəl bir layihədir. Mən yaradıcı insan kimi bu festivalı alqışlayıram və bu festivalı böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirirəm. Festivaldan çox şeylər gözləyirəm. Çünki gənclərə ümidim böyükdür. Yeni nəslə teatrı sevdirmək lazımdır. Buna görə də gəncləri səfərbər etmək, onları ruhlandırmaq və stimul vermək lazımdır. Gənclər belə festivallardan daha da ürəklənər. İnanıram ki, bu festival teatral mühitin canlandırılmasına dəstək olacaq”.

Qeyd edək ki, layihənin informasiya dəstəyi Guney.az və Lent.az saytları və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar