İtaliya universitetində Azərbaycanşünaslıq kafedrası olacaq
İtaliyanın ən böyük ali təhsil müəssisəsi olan Sapienza Universiteti ilə imzalanmış müqavilə əsasında 2013-cü ilin yanvar ayından Şərqi Avropa tarixi fakültəsi nəzdində Azərbaycanşünaslıq kafedrası fəaliyyətə başlayacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sapienza Universiteti ilə əməkdaşlıq çərçivəsində ölkəmizə dair iki italyan dilli kitabın hazırlanaraq, çap edilməsinə dair razılıq əldə olunub.
Ölkəmizlə bağlı italyan dilində yazılan ilk kitab – “Azerbaigian: una lunga storia” artıq çap edilib. Kitab Sapienza Universitetinin prorektoru professor Antonello Biacininin rəhbərliyi altında universitetin müəllim heyəti tərəfindən hazırlanıb. Kitabda Azərbaycan tarixi ən qədim dövrlərdən başlayaraq müasir dövrə qədər əhatəli təsvir olunub, ölkəmizin mədəniyyəti və ədəbiyyatı barədə geniş məlumat verilib. Eyni zamanda Azərbaycan Demokratik Respublikasına dair İtaliya arxivlərində saxlanılan sənədlər əsasında Sapienza Universiteti tərəfindən cari ilin oktyabr ayının sonunda toplunun hazırlanması da nəzərdə tutulub.

Oxşar yazılar
Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36