Əməkdar artistə hədiyyə klip
22 oktyabr 2012 17:38 (UTC +04:00)

Əməkdar artistə hədiyyə klip

Dövlət Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva 4 illik fasilədən sonra yeni klip çəkdirib. Lent.az-ın məlumatına görə, müğənni sözləri Rəsul Rzaya, musiqisi Telman Hacıyevə aid olan “Gəncəm” adlı mahnıya çəkdirdiyi klipin təqdimat mərasimini keçirib. Təqdimat mərasimində çıxış edən müğənni bildirib ki, klip ona hədiyyə olunub: “Özüm Yevlax şəhərində doğulsam da, Gəncəyə aid mahnı ifa etdim və bu gün də həmin klipi sizlərə təqdim edirəm. Klip mənə hədiyyə olaraq çəkilib. “El” və “Kəpəz” televiziyasının dəstəyi ilə bu klip ərsəyə gəlib”.


Tarixi yerlərlə yanaşı, milli geyimlərimizin də nümayiş olunduğu klipin rejissoru Səxavət Məmmədov isə bildirib ki, çəkilişlər Gəncənin müxtəlif məkanlarında aparılıb.

Təqdimat mərasimində iştirak edən sənət yoldaşları müğənniyə olan xoş sözlərini bildirdilər, klip haqda fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191

Oxşar yazılar