Səid Rüstəmov adına xalq çalğı alətlərinin 80 illik yubileyi qeyd olunacaq
18 oktyabr 2012 19:26 (UTC +04:00)

Səid Rüstəmov adına xalq çalğı alətlərinin 80 illik yubileyi qeyd olunacaq

Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına əməkdar xalq çalğı alətləri orkestri 80 illik yubileyi ərəfəsində Televiziya və Radionun gənc instrumental ifaçıları ilə konsert proqramı hazırlanır. Musiqi kollektivlərinin bədii rəhbəri, vokalçı Ramil Qasımovun Lent.az-a verdiyi məlumata görə, sözügedən proqramda vaxtı ilə dillər əzbəri olan Azərbaycan klassik bəstəkarlarının əsərləri gənclərin ifasında yeni interpretasiyada təqdim olunur”.

Ramil Qasımov həmçinin onu da bildirib ki, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına xoru 75 illik yubileyi ərəfəsində Azərbaycan xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış edəcək.

Hazırda xorun tarixi haqqında kitab yazıldığını deyən Ramil Qasımov bildirib ki, Cahangir Cahangirovun adını daşıyan xorun bu günü, xorun yaranma tarixi, xorda çalışan əbədiyaşar sənətkarlar haqqında söhbət açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423

Oxşar yazılar