Hollandiyada Qoçaq səsi - FOTO
Azərbaycan muğamını uzaq ölkələrin səhnəsində səsləndirən xanəndə Qoçaq Əsgərov musiqiçi heyəti ilə Hollandiyaya yola düşüb. Lent.az-ın məlumatına görə, sənətçi Amsterdamda və Utrixdə konsert proqramı ilə çıxış edəcək. Konsert “RASA Muziek dans” layihəsi çərçivəsində keçirilir. Musiqiçilərimizin çıxışı 17-18 oktyabra planlaşdırılıb.
Q.Əsgərov bildirib ki, layihədə bir çox ölkələrin musiqiçiləri çıxış edir. Azərbaycanlı təmsilçilər “Bayatı Şiraz” dəsgahı ilə proqramın bir hissəsini təqdim edəcəklər. Eyni zamanda tədbir təşkilatçıları instrumental ifaya yer ayırıb. Bu hissədə Azərbaycanın tarı, kamançası, balabanı səslənəcək. Bundan başqa xanəndənin ifasında muğam və təsniflərə yer veriləcək.
Qoçaq Əsgərovu tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Coşqun müşayiət edəcəklər.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06