“Onlar gündəmdə qalmaq istəyirlər, amma kino, teatrda gündəm yoxdur”
“Bakıfilm” studiyasının direktor müavini Kamran Qasımov ölkədə peşəkarlar tərəfindən çəkilən serialların az olmasından şikayətlənib: “Məsələ burasındadır ki, bu gün seriallar seriala aidiyyatı olmayan adamlar tərəfindən çəkilir. Əslində həmin adamlar başa düşmürlər ki, serialın öz strukturu olmalıdır. Serial kino deyil, tamamən fərqli bir janrdır. Azərbaycanda kinonu gözəl bilən adamlar var, amma serial çəkimi ilə məşğul ola biləcək adamlar azdır. Mən özüm də öyrənirəm. Dünya serial təcrübəsindən bəhrələnirəm. Həm virtual olaraq-internet vasitəsilə, həm də birbaşa yerində-xaricdə təcrübə qazanıram”.
Ssenarist gənclərin sənətlə az məşğul olmalarından şikayət edib: “İnsanlar öz seçimlərini öz bildikləri kimi edirlər. Mən belə deyərdim ki, gənclərdə seçim azalıb. Daha çox maddiyyat ardınca qaçırlar. Onlar üçün özgəsinin mətbəxinə daxil olmaq daha maraqlıdır, nəinki oturub ciddi sənətlə məşğul olmaq. Onlar gündəmdə qalmaq istəyirlər, amma kino, teatrda gündəm yoxdur axı. Hər halda, bu sənəti seçən və bu sənətlə nəfəs alan hər bir gənc yəqin ki, axıracan da seçdiyi-sevdiyi sənətin arxasınca gedəcək”.
Kamran Qasımov “Bizə İdeya lazımdır” devizi ilə keçirilən Gənclərin II Ümumrespublika Teatr Festivalı”nın keçirilməsini dəstəkləyib: “Gənclər arasında belə festivalların keçirilməsinə çox böyük ehtiyac var. Birincisi ona görə ki, “Gənclərin II Ümumrespublika Teatr Festivalı” gəncləri yaradıcılıq axtarışlarına sövq edəcək, ikincisi onlara stimul verəcək, daha çox səbəb sadalaya bilərəm. Bir sözlə demək istəyirəm ki, belə festivallar hər zaman keçirilməlidir, çünki mədəniyyətə xidmət edən, gəncləri teatra həvəsləndirən bir layihədir”.
Layihənin informasiya dəstəyi Lent.az İnformasiya Agentliyi, Guney.az xəbər portalı və Araz FM radiosudur.

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26