
İlk azərbaycanlı qadın teatr rejissorunun xatirə gecəsi keçiriləcək
Oktyabrın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, teatrın aktyorları, xalq artistləri Ağaxan Salmanlı, Tariyel Qasımov, Yasin Qarayev, aktyorlar Almaz Mustafayeva, Sona Babayeva və digərlərinin çıxışları ilə yanaşı, rejissorun quruluş verdiyi tamaşalardan parçalar nümayiş etdiriləcək.
Xatirə gecəsi mədəniyyət və turizm nazirinin müvafiq əmri ilə keçiriləcək. Tədbirin rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Jalə
Xatirə gecəsi mədəniyyət və turizm nazirinin müvafiq əmri ilə keçiriləcək. Tədbirin rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Jalə
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06