“Ölüm gününün xoşbəxtliyi” filminin aktrisası koronavirusa yoluxdu
17 mart 2020 17:00 (UTC +04:00)

“Ölüm gününün xoşbəxtliyi” filminin aktrisası koronavirusa yoluxdu

 


Amerikalı aktrisa Reyçel Mettyuzda koronavirus aşkarlanıb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu barədə o özü Instagram-stories-də məlumat yayıb. 

“Ölüm gününün xoşbəxtliyi” filminin aktrisası ötən həftədən karantində olduğunu açıqlayıb. Onun sözlərinə görə, sonrakı addımları hələ ki məlum deyil. Lakin hazırda özünü yaxşı hiss etdiyini bildirib. 

Mettyuz yoluxmadan sonra hansı əlamətlərin baş verdiyini də açıqlayıb. Onun sözlərinə görə, birinci gün onun boğazı və başı ağrayıb, eyni zamanda yorğunluq hiss edib. Sonradan quru öskürək də əmələ gəlib. İştahası pozulan aktrisanın bir qədər hərarəti də olub. O, nəfəs almaqda çətinlik çəkib, iy və dad hissi yoxa çıxıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2630
avatar

Oxşar yazılar