Yeni ilin korporativ gecələrində məşhurların çıxışı üçün qiymətləri açıqlanıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, gecədə çıxış etmək üçün ən çox pul tələb edən Svetlana Loboda və Qriqori Leps olub.
Onlar 10-15 milyon rubl ( təxminən 228 -344 min manat) arası pul istəyiblər.
Bu isə siravi Rusiya pensiyaçısının 100 illik pensiyası qədərdir.
Bundan başqa, Moskva vilayətindəki Barbixa yeni il gecəsində bir yerin qiyməti 400 min rubla (təxminən 9 min azn) təklif olunur.
Stas Mixaylov, Basta, Polina Qaqarina, Filipp Kirkirov, Valeri Meladze, Nikolay Baskov kimi məşhurların qiyməti isə 7-9 milyon rubl ( təxminən 160-205 min manat ) təşkil edir.