Xəzər dənizinin əvvəlki adı necə olub?
21 avqust 2023 14:37 (UTC +04:00)

Xəzər dənizinin əvvəlki adı necə olub?

Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir. Hazırda Xəzər dənizi dünyada ən böyük göl hesab olunur. Xəzər dənizinin sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir.

Maraqlıdır, bəs ən böyük göl hesab olunan Xəzər dənizinin əvvəlki tarixi dövrlərdə necə adlanıb?

Lent.az xəbər verir ki, Assuriyada Xəzərimizi Cənub dənizi, qədim yunan coğrafiyaçısı Hekatey Kaspiy və Hirkan dənizi adlandırıb.

Qədim yazılarda Alban, Coşqun dənizi də deyilir. Kaspini kaspilərə bağlayanlar Xəzər adını Xarəzmlərlə əlaqələndirirlər. Qədim ruslar Xəzərə Xvalın, tatarlar Ağ dəniz, türklər Kiçik Dəniz, çinlilər Si Hay, yəni Qərb Dənizi deyirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21639
avatar

Fidan İlqar

Oxşar yazılar