Qazaxıstanın Kostanay şəhərində xəyanətə məruz qalan qadın falçını məhkəməyə verib.
Lent.az yerli mediaya istinadla bildirir ki, qadın hadisədən əvvəl onlayn falçıya müraciət edərək, gələcəkdə olanları öyrənmək istəyib. Falçının proqnozlarına görə, kişi ailədə qalır və həyat yoldaşları mükəmməl harmoniya içində yaşamağa davam edəcəklər. Bunun qarşılığında isə qadın ona 100 min tengə (təxminən 331 manat) verib.
Lakin hər şey tərsinə olub. Kişi arvadına xəyanət edərək ailənsini tərk edib.
Sonra qadın pulunu geri almaq üçün falçını məhkəməyə verib.
Məhkəmə zərərçəkənin şikayətini təmin edib və falçıya aldığı pulu geri qaytarmağa tapşırıb.