Üzünüzü dəsmalla qurulamayın - SƏBƏB
04 fevral 2023 19:59 (UTC +04:00)

Üzünüzü dəsmalla qurulamayın - SƏBƏB

Hər kəs əl-üzünü yuyandan sonra dəsmalla qurulayır.

Lent.az xəbər verir ki, lakin dəri həkimləri gündəlik yaşam tərzinə çevrilən bu prosesdən çəkinməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, üzü dəsmalla qurulamaq bir neçə fəsadlara yol aça bilər.

Onlardan birincisi, bakteriyalardır. Belə ki, bakteriyalar hamamda, rütubətli yerlərdə daha çox inkişaf edir. Odur ki, dəsmalı hər gün yusanız belə onda bakteriyalar olur və dəriyə təmas edərək sızanaqlar yaradır.

Dəsmal yumşaq və həssas dəriyə sürtüldükdə onu cızır və qızardır.

Üzü dəsmalla qurudandan sonra vurulan nəmləndiricinin o qədər də təsiri olmur. Lakin nisbətən nəm olan dəridə nəmləndiricilər daha effektiv təsirə malikdir.

Bundan əlavə, dəsmalla qurulanmaq dəridə yağlılığı artırır. İnanılmaz səslənsə də, həkimlər bunu da izah ediblər. Belə ki, dəsmal nəmliyi qurutmaqla yanaşı, dəridəki yağları da özünə çəkir. Bu da dərialtı yağ vəzlərinin daha çox yağ istehsal etməsinə gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3129
avatar

Oxşar yazılar