Ukraynanın ən varlı adamı bəlli olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Rinat Axmetov Forbes reytinqində Ukraynanın ən varlı adamı seçilib.
Onun sərvəti il ərzində 13,7 milyard dollardan 4,4 milyard dollara düşüb.
İkinci və üçüncü yerləri Maksim Litvin və Aleksandr Şevçenko (hər birinin 2,3 milyard dolları var) tutublar.
Keçmiş prezident Pyotr Poroşenko isə 11-ci yeri tutub. Belə ki, onun il ərzində sərvəti 1,6 milyard dollardan 730 milyon dollara düşüb.
Qeyd edək ki, ən zəngin 20 ukraynalının ümumi sərvəti fevral ayından bu yana 20 milyard dollardan çox (22,5 milyard dollar) azalıb.