Tualetə çox gedən qadın  təyyarədən qovuldu
21 fevral 2024 18:21 (UTC +04:00)

Tualetə çox gedən qadın təyyarədən qovuldu

Meksikada tez-tez tualetə getdiyi üçün uçuşa dəqiqələr qalmış sərnişinlər siyahısından çıxarılan qadınla bağlı insident yaşanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı Coanna Çiu sosial şəbəkədə "Westjet" əməkdaşlarından narazılığını bildirib.

O, Vankuverə uçmazdan əvvəl təyyarədən məcburi endirildiyini iddia edir. Çiu izah edib ki, uçuşdan əvvəl dəfələrlə bort tualetinə gedib və bunun mədə narahatlığı ilə bağlı olduğunu izah eliyib. Ekipaj onun uçmağa yararsız olduğuna qərar verib və onu uçuşdan uzaqlaşdırıb.

“Sərnişinin səhhətinə görə uçuşa hazır olmadığı vəziyyətlərdə ekipajımız çətin qərarlar qəbul etmək zərurəti ilə üzləşir. Bizim prioritetimiz həm sərnişinlər, həm də ekipaj üzvləri üçün göyərtədə təhlükəsizlikdir”, - "Westjet"dən bildirilib.

Çiu deyib ki, eniş zamanı o, sağalma mərhələsində olub və lazımi dərmanları qəbul edib. O, təyyarəni tərk etməyə tələsik pulunu təyyarədə qoyduğunu qeyd edib. Nəticədə sərnişin öz hesabına hava limanının otelində qalmalı olub.

Coanna Chiu Vankuverə yalnız ertəsi gün uça bilib, o zaman ki, aviaşirkət ona əlavə ödəniş etmədən başqa reyslə uçmaq imkanı yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11199
avatar

Fidan İlqar

Oxşar yazılar