Şüşədən sahil  - Görənlər heyrət içində - FOTOLENT
07 oktyabr 2021 19:11 (UTC +04:00)

Şüşədən sahil - Görənlər heyrət içində - FOTOLENT

Rusiyadakı Ussuri körfəzi köhnə şüşə qablar və sovet dövründən qalma, zibil kimi atılan çinilərlə doludur.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Vladivostok yaxınlığında yerləşən bu gözəl çimərlik, təbiətin inanılmaz gücü sayəsində gördüyünüz ən möhtəşəm görüntülü çimərliklərdən biri olub. Uzun illər Sakit okeanın dalğaları müxtəlif şüşələri hamar və rəngarəng "çınqıllara" çevirib. Bu səbəbdən də ərazi turistləri özünə cəlb edir. Ziyarətçilər yalnız bu gözəlliyi görmək üçün pul ödəyirlər.

Ussuri körfəzi bir vaxtlar təhlükəli sayılsa da, indi səlahiyyətlilər buranı “Şüşə çimərliyi” adlandırırlar. Həm turistlər, həm də yerli sakinlər arasında populyar olan çimərlik xüsusi mühafizə olunan əraziyə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2654

Oxşar yazılar