Süni intellekt hansı peşələri  sıradan çıxara bilməyəcək? - AÇIQLAMA
18 iyun 2025 19:46 (UTC +04:00)

Süni intellekt hansı peşələri sıradan çıxara bilməyəcək? - AÇIQLAMA

Çoxsaylı tədqiqatlar göstərir ki, gələcəkdə süni intellekt (Sİ) bir çox fəaliyyət sahələrində insanları əvəz edə biləcək. Lakin "Süni intellektin xaç atası" kimi tanınan alim, yaxın gələcəkdə neyroşəbəkələrin insanları əvəz edə bilməyəcəyi peşələri sadalayıb.

Lent.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, britaniyalı və kanadalı alim Ceffri Hinton hesab edir ki, “hazırda santexnik olmaq üçün ən uyğun zamandır”.

O əmindir ki, texnologiyalar insanı bir çox sahədə üstələyəcək. Buna baxmayaraq, hələ ki daha "təhlükəsiz" sahələri qeyd etmək mümkündür.

Texnika hələ uzun müddət əllə görülən işlər tələb edən sahələrdə insan səviyyəsinə çata bilməyəcək.

Hinton əlavə edir ki, neyroşəbəkələr adi zehni əmək tələb edən peşələrdə insanı əvəz edə biləcək. Məsələn, çağrı mərkəzi əməkdaşları risk altında olanlar sırasındadır. Bəzi sahələrdə bir nəfər süni intellektin dəstəyi ilə əvvəllər 10 nəfərə bölünmüş işləri təkbaşına görə biləcək.

Öz iş yerini qoruyub saxlamaq üçün yüksək ixtisasa malik olmaq vacibdir. Eyni zamanda, səhiyyə kimi bəzi sahələr dəyişikliklərə uyğunlaşa biləcək. Həkimlərə olan tələbat isə demək olar ki, tükənməzdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar