Gündəlik həyatımızda batil inanclar bəzən ən adi situasiyalarda da müzakirə mövzusuna çevrilir, xüsusilə də süfrə arxasında. Ən məşhur inanclardan biri isə boş butulkanın masada qalmasının “uğursuz” sayılmasıdır.
Bu ənənənin mənşəyi haradan gəlir və niyə bu qədər geniş yayılıb?
Lent.az xarici mediaya istinadla xəbər verir ki, keçmişdə süfrədə içki bitdikdə, ev sahibəsi dərhal boş qabı və ya butulkanı yığmalı idi.
Bunun həm praktik, həm də simvolik mənası vardı: bir tərəfdən masa təmizlənirdi, digər tərəfdən isə boş butulkanın qalması qonaqlara “şənlik bitir” mesajı verirdi. “Bizim həyat” adlı “Zen” kanalının yazdığına görə, bu davranış həm mədəni, həm də energetik baxımdan vacib hesab olunurdu.
Nələr baş verə bilər?
Xalq arasında belə bir inanc formalaşıb ki, masada unudulmuş boş butulka evə bəzi mənfi təsirlər gətirə bilər:
O, evin bərəkətini və maddi rifahını uzaqlaşdırar, xəstəlik və uğursuzluq gətirər, ailənin nəsil davamı ilə bağlı mənfi enerjilər yaradar. Boş butulka, inanclara görə, “pis ruhların sığınacağına” çevrilə bilər.
Qonaqlara verilən siqnal
Təcrübəli ev sahibləri hesab edirlər ki, masada qalan boş butulka eyni zamanda qonaqlara gizli bir siqnal da göndərir “artıq məclisin sonuna yaxınlaşırıq”. Bu baxımdan, butulkanın dərhal yığılması həm qonaqlara hörmət, həm də evin enerjisinin qorunması kimi qəbul olunur.
Beləcə, bu köhnə inanc sadəcə batil fikir deyil, həm də süfrə mədəniyyətinin, diqqət və qayğının bir təzahürü kimi günümüzə qədər yaşamaqda davam edir.