Türkiyənin Samsun şəhərində dənizin sahilində uzun müddət hərəkətsiz qalan qadını görən sakinlər dərhal polis çağırıblar.
Lent.az xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları meyitə yaxınlaşaraq onun sağ olduğunu görüblər.
Məlum olub ki, 60 yaşlı qadın sahil gəzintisindən sonra yorularaq qumların üstündəcə yuxuya gedib.