Rusiyada dustaqlara narkotik aparan pişik ələ keçdi -  FOTO
20 oktyabr 2021 16:45 (UTC +04:00)

Rusiyada dustaqlara narkotik aparan pişik ələ keçdi - FOTO

Rusiyanın İvanovo vilayətindəki həbsxanaların birində kuryoz hadisə baş verib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, vilayətdəki 4 saylı cəzaçəkmə müəssisində dustaqlara marixuana aparan pişik ələ keçib.

Məlumata görə, pişiyin boğazına bağlanmış dəri xaltaya 5 qram marixuana yerləşdirilib. Hasardan aşıb həbsxananın həyətinə girən pişik şübhəyə səbəb olub. Azca araşdırmadan sonra pişiyin xaltasındakı marixuana götürülüb.

# 2457
avatar

Səbuhi Sədəf

Oxşar yazılar