Bir çox insanlar yayda geyimlərində dezodorant izlərinin qalması faktı ilə üzləşirlər. Belə vəziyyətdə T-shirt və köynəklərin görünüşü korlanır. Bəzən elə hallar baş verir ki, yuyulmada həmin izlərin getməsinə yol vermir.
Lent.az xarici mətbuata istinadən dezodorant ləkələrini çıxarmağın bir neçə yolunu təqdim edir:
Duz
Duz dezodorant ləkələrini çıxarmağa kömək edən əsas vasitələrdəndir. Belə ki, əvvəlcə ləkəni su ilə nəmləndirmək və üzərinə duz səpmək lazımdır. Daha sonra parçaya sürtülməlidir. 8-10 saat keçdikdən sonra geyim paltaryuyan maşına atılmalı və ya əl ilə yuyulmalıdır.
Bu üsul yalnız rəngli əşyalar üçün deyil, qara və ağ paltarlar üçün də uyğundur.
Neylon corablar (kapron)
Dezodorantın izləri təzədirsə, dərhal köhnə neylon corablarla ləkələri silin. Daha sonra paltaryuyan maşına atın.
Spirtli içki
Bu içkinin bir hissəsini ləkənin üzərinə tökmək lazımdır. Sonra materialı yumşaq bir şəkildə ovuşdurmalı və yarım saat, bir saat ərzində gözləyin. Bundan sonra köynəyi maşına ata bilərsiniz. İçkini adı spirtlə də əvəz etmək mümkündür.