Qorxu filmləri arıqlamağa  kömək edir: Bir seans neçə kalori  yandırır?
13 oktyabr 2025 14:12 (UTC +04:00)

Qorxu filmləri arıqlamağa kömək edir: Bir seans neçə kalori yandırır?

0

90 dəqiqəlik qorxu filminə baxmaq, orta hesabla təxminən 150 kalori yandırmağa kömək edir. Bu, 30 dəqiqəlik gəzinti və ya yüngül qaçış zamanı sərf olunan enerji ilə demək olar ki, eynidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu nəticələr Vestminster Universitetində aparılan araşdırmada əldə edilib.

Qeyd olunur ki, təcrübədə 10 nəfər iştirak edib və onlar 10 fərqli qorxu filminə baxıblar. Araşdırma göstərib ki, qorxu filmlərindəki gərgin səhnələr ürək döyüntülərini sürətləndirir və maddələr mübadiləsini aktivləşdirir, nəticədə orqanizm daha çox enerji sərf edir.

Hərçənd yandırılan kalori miqdarı həm izləyicidən, həm də filmdəki qorxu səviyyəsindən asılı olub, nəticə aydın idi: film nə qədər qorxuludursa, orqanizm bir o qədər intensiv kalori yandırır.

“İzlənilən 10 filmin hər biri tamaşaçılarda ürək döyüntülərinin artmasına səbəb olub. Nə vaxt ki, nəbz sürətlənir və qan bədəndə daha sürətli dövr edir, orqanizm adrenalin ifraz edir. Bu hormon qısamüddətli stress və ya qorxu zamanı yaranır, iştahanı azaldır, maddələr mübadiləsini artırır və kalori yandırılmasını gücləndirir”, -  hüceyrəvi metabolizm və fiziologiya üzrə mütəxəssis, baş müəllim doktor Riçard Makkensi bildirib.

Ən qorxulu filmlər: alimlərin nəticələri

Əsas təcrübədən əlavə olaraq, tədqiqatçılar filmlərin qorxu səviyyəsinə və yandırılan kalori miqdarına görə reytinq tərtib ediblər:

“The Shining” (Stanley Kubrick) - orta hesabla 184 kalori;

“Jaws” - 161 kalori;

“The Exorcist” - 158 kalori.

Siyahıya həmçinin bu filmlər də daxil olub:

“Saw” - 133 kalori;

“A Nightmare on Elm Street” - 118 kalori;

“The Texas Chainsaw Massacre” - 107 kalori.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar