Qonşular qadının maşınında  meyit olduğunu   iddia etdi - VİDEO
24 iyul 2023 17:42 (UTC +04:00)

Qonşular qadının maşınında meyit olduğunu iddia etdi - VİDEO

Amerikada qəribə hadisə yaşanıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qonşular Toriya Taunsend adlı qadının avtomobilində meyit olduğu ilə bağlı polisə şikayət ediblər. 

Hadisə yerinə gələn polislər qadına məsələ ilə bağlı suallar verib.

Daha sonra məlum olub ki, həmin gün qadın gözəllik salonundan çıxan zaman parikini çıxarıb və yük yerinə atıb. Onun hara düşdüyünə isə fikir verməyib.

“İnsanların niyə işıqforda mənə baxdıqları ilə maraqlanırdım. Və öz-özümə düşünürdüm ki, yəqin ki, kimsə çarpayının yanlış tərəfində oyanıb. Niyə hamı mənə baxır?” – 30 yaşlı qadın bildirib.

Sonra dediklərini təsdiq etmək üçün qadın polisləri avtomobilinə aparıb və yük yeriniı açaraq onlara göstərib. Hər şey aydınlaşdıqdan sonra polislər gülərək hadisə yerindən uzaqlaşıb.

Toriya hər şeyin yoluna düşdüyünə sevinib və polisə zəng edənlərdən incimədiyini deyib.

 "Zəng etmələrinə şadam. Çünki bu, cəmiyyətin belə mövzularda narahat olduğunu göstərir", - o bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3462

Oxşar yazılar