Qan təzyiqi və biokimyəvi proseslərə nəzarət edən YENİ PLASTR
27 fevral 2021 11:57 (UTC +04:00)

Qan təzyiqi və biokimyəvi proseslərə nəzarət edən YENİ PLASTR

Kaliforniya Universitetinin mühəndisləri tərəfindən hazırlanmış plastır qan təzyiqi, ürək döyüntülərinin tezliyi, qlükoza, həmçinin, alkoqol və kofeinin səviyyəsinə nəzarət edir.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, bu, insan orqanizmində eyni vaxtda ürək-damar siqnallarına və bir neçə biokimyəvi prosesə nəzarət edən ilk daşınan qurğudur.

Belə qurğu yüksək təzyiqdən, diabetdən əziyyət çəkənlər və ya “COVID-19”un ağır formasına meyilli olan insanlar üçün nəzərdə tutulub. 

O, həmçinin, sepsisin (laktatın səviyyəsinin artması ilə müşayiət olunan arterial təzyiqin qəfil aşağı düşməsi) aşkar edilməsi məqsədilə istifadə edilə bilər.

# 1977
avatar

Oxşar yazılar