Romada ər-arvad 20 min avroluq əmanətlərini itirib, çünki pulların buxarı içində gizləndiyini bilmədən həyat yoldaşı onları səhvən yandırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Romanın Monteverde rayonundakı mənzildə baş verib.
Oğrulardan qorxan kişi yayda 20 min avro dəyərində poçt əmanət istiqrazlarını buxarinin bacasına qoyub, çünki cütlük isti havada ondan istifadə etmirdilər. Lakin qışda o, ora pul qoyulmasını unudub və həyat yoldaşının Milad bayramı üçün kamini yandırdığını görüb.
“Oğruların baxmağı ağlına belə gətirməyəcəkləri təhlükəsiz yer olacağını düşünürdüm. Həyat yoldaşım bilmirdi ki, mən onları orada gizləmişəm. Alovu görəndə az qala huşumu itirdim”, - kişi deyib.
Kişinin pulunu qaytarmaq şansı var. Belə ki, poçtda işləyən qardaşı bildirib ki, istiqrazların seriya nömrəsi saxlansa, yenidən buraxıla bilər.