ABŞ-dan olan bir vəkil qadın ona ər tapan hər kəsə pul mükafatı təklif edib.
Lent.az xəbər verir ki, Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərinin sakini gələcək həyat yoldaşını tapmaqda kömək etdiyinə görə yaxşı məbləğdə pul mükafatı ödəməyə hazır olduğunu bildirib.
O, bu barədə “TİkTok” hesabında məlumat verib.
35 yaşlı vəkil Eva Tilly-Coulson bildirib ki, ərini tapan şəxsə veriləcək mükafatın dəyəri beş min dollardır.
“Dostlarıma söz verdim ki, mənə ər tapsalar, onlara pul verəcəyəm. Və düşündüm ki, niyə bunu TikTok izləyicilərimə də təklif etməyim?”, - vəkil deyib.
Qadının yerləşdirdiyi elan 556 mindən çox istifadəçinin diqqətini çəkib və potensial partnyorlarla 20-dən 25-ə qədər virtual tanışlıq əldə edib.
Tilly-Coulson, son beş il ərzində kişilərlə şəxsən və ərizələr vasitəsilə görüşdüyünü, lakin COVID-19 pandemiyası səbəbindən vəziyyətin dəyişdiyini söyləyib.
Qadının sözlərinə görə, o, təklifinə arxayındır və inanır ki, real münasibətə hazır olan ər üçün beş min dollar böyük qiymətdir. Bununla belə, amerikalı qadın təşkil etdiyi “toy oyunu” üçün ciddi qaydalar qoyub. O, evləndikdən sonra pul köçürəcək.
Əri roluna namizədlərin yaşı 27-40 arası, boyu ən azı 155 santimetr, milliyəti ingilis, yumor hissi olan, idmanı, heyvanları və uşaqları sevməlidir.