Rusiyalı həkim Aleksey Kovalkov bildirib ki, pivənin müntəzəm istehlakı kişi orqanizmini dəyişir və onu qadın orqanizminə bənzətməyə başlayır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, pivənin tərkibində olan maddələr kişi orqanizmində testosterone hormonunun ifrazını azaldır və əksinə qadın hormonlarının (estrogenlər) ifrazını artırır.
Məsələ burasındadır ki, kişi orqanizmində çox az miqdarda olsa da qadın hormonları sintez olunur və bu hormonlar kişinin sağlamlığında vacib rol oynayır.