“Peugeot” loqosunu yenilədi: XIX əsrə qayıdış...
26 fevral 2021 08:12 (UTC +04:00)

“Peugeot” loqosunu yenilədi: XIX əsrə qayıdış...

Fransız avtomobil markası olan “Peugeot” arxa ayaqları üstə dayanan aslan əks edilmiş müasir versiyasından ciddi şəkildə fərqlənəcək yeni loqosunu təqdim edib.

APA TASS-a istinadən xəbər verir ki, şirkət yeni istehsal edəcəyi avtomobillərindəki loqoda aslan başı və “Peugeot” yazısı ilə üçbucaqlı qalxan əks ediləcək. 

2021-ci ildə buraxılması planlaşdırılan yeni nəsil “308 hatchback” yeni simvollara sahib ilk model olacaq.

Qeyd edək ki, yenilik şirkətin 19-cu əsrə aid loqosunun 11-ci versiyası kimi xarakterizə edilib. Son dəfə şirkət tərəfindən oxşar görüntü 1960-cı illərin əvvəllərində istifadə edilmişdi. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Oxşar yazılar