Ölümdən sonra  bədəndə baş verən 10 HADİSƏ
01 iyul 2024 18:38 (UTC +04:00)

Ölümdən sonra bədəndə baş verən 10 HADİSƏ

İnsanın ölümlə üzləşməsi bəşər tarixi boyunca maraq doğuran və geniş müzakirə olunan bir mövzudur. Ölümün səbəbləri bioloji, tibbi, sosial və psixoloji aspektlərdən izah edilə bilər. Ölümdən sonra insan bədənində baş verən proseslər elmi və tibbi baxımdan maraqlı və mürəkkəbdir. Bu proseslər müxtəlif mərhələlərdə həyata keçir. Hər mərhələ fərqli biokimyəvi və fiziki dəyişikliklərlə xarakterizə olunur.

Lent.az xəbər verir ki, ölümdən sonra bədənə nə baş verdiyini başa düşmək üçün əsas mərhələləri araşdıraq:

1. Ölüm baş verdikdən sonra dərhal ilk saniyədə oksigen sürətlə tükənər və beyin fəaliyyəti birdən yüksələr. Neyronlar əməliyyatları dayandırır və beyin bir neçə dəqiqə daha davam edə bilsə də, bədənin fərqli funksiyalarını təşkil edən hormonları fəaliyyətini kəsir.

2. Ölüm əsnasında böyük ehtimalla sidik, ya da nəcis meydana gəlir. Çünki həyat enerjisini təmin edən ATP, əzələlər boşalmağa başlayır. Bura sfinkter əzələsi də daxildir.

3. Cəsəddə soyuq bir dəri meydana gəlir. Bu, xüsusilə açıq bədənli insanlarda görülür. Bu, qan axınının olmaması nəticəsində meydana gələr və adamın ölümündən 15-20 dəqiqə sonra baş verir.

4. Ürək artıq fəaliyyətini dayandırdığından qan dövranı kəsilir. Bu səbəblə də sanki cazibə qüvvəsi ilə qan bədənin ən aşağı hissəsinə yığılır. Bir neçə saatdan sonra isə qan bədəndə qırmızı və bənövşəyi rəng qarışığına çevrilir.

5. Ölümdən 12 saat sonra isə bədən pozulmağa başlayır. Buna adətən "livor mortis" adı verilir. Livor mortis ölüm ləkələri deməkdir.

6. Ölümdən 3-6 saat sonra "riqor mortis" prosesi başlayır. Bu, əzələ dəyişikliyi deməkdir və 24-48 saat davam edir.

7. Dəfn olunduqdan sonra isə əgər cəsəd mumyalanmazsa, və ya kimyəvi maddələr vurulmazsa, qan axını dayanır və bədən çürüməyə başlayır.

8. Funksiyalar pozulmağa başladığı vaxtdan isə bakteriyalar yaşamaq üçün qarın boşluğunu yeməyə başlayır.

9. Bu, çürümə olaraq bilinən pis qoxulu bir müddətdir. Amin turşularının parçalanması nəticəsində pis qoxu leş böcəkləri və qurd ağcaqanadları da daxil olmaqla həşəratları özünə çəkər. Qurd ağcaqanadları yumurtalarını çürüyən cəsədə buraxırlar. Yetişən sürfələr, böcəklər bədəni yeməyə başlayır.

10. Qurdlar bir neçə həftə içində bədən toxumasının 60 faizini məhv edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3627
avatar

Fidan İlqar

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09