Bu qəribə hadisə ABŞ-da baş verib.
Lent.az-ın xəbərinə görə, Alabama ştatında yaşayan 32 yaşlı kişinin nişanlısı nişan mərasimindən 1 həftə sonra avtomobil qəzasında ölüb. Lakin oğlan nişanlısını unutmayıb və hər həftə onun məzarına gül dəstələri gətirib. Bir müddət sonra isə böyük taxta qutuda dibçək əkərək qəbrin yanına yerləşdirib.
Lakin bu addım mərhumun atasının xoşuna gəlmədiyi üçün dibçəyi götüzdürüb. Oğlan isə işinə davam edib. Beşinci dibçəkdən sonra kişi məhkəməyə müraciət edib.
Məhkəmənin hökmü də maraqlı olub. Hakim bildirib ki, sözügedən məzarlıqda qəbirlərin üstünə insan əli ilə düşəldilmiş istənilən əşyanın qoyulması qadağandır. Qəbrin üstünə yalnız gül qoymaq olar.
Məhkəmə qızın atasının iddiasını təmin edib. Nişanlısı ölən oğlan 30 gün şərti olaraq azadlıqdan məhrum edilib və 300 avro cərimə və məhkəmə xərci ödəməyə məcbur edilib. əməlini təkrarlayacağı təqdirdə şərti cəza həqiqi həbsə çevriləcək.