Nəslin kəsilməsi, mədəniyyətin pozulacağı, qütblərdə fəlakət... - ELM ADAMLARININ QORXULARI
30 yanvar 2021 09:12 (UTC +04:00)

Nəslin kəsilməsi, mədəniyyətin pozulacağı, qütblərdə fəlakət... - ELM ADAMLARININ QORXULARI

Son zamanlar qlobal istilənmənin təhlükələri ilə bağlı danışılanlar təəssüf ki, insanlar tərəfindən bir o qədər də eşidilmir. Bu dəfə elm adamları sizə dəyişilən rəqəmləri göstərib ehtiyatlı olmağa çağırmır. Onların üzlərindəki ifadə sizə qlobal istilənmənin yaratdığı və yarada biləcəyi təhlükələri anlamağa yardım edir.

Lent.az bir sıra elm adamlarının qorxu dolu "açar ifadələrini" təqdim edir:

Tim Flannery

Tim Flanneri

Qorxusu: Qlobal mədəniyyətin pozulacağı. Flanneri qlobal istilənmənin düşündüyümüzdən daha sürətlə irəlilədiyini və əgər nəyisə dəyişmək istəyiriksə, bunun bizim son şansımız olduğunu bildirir.

Shauna Murray

Şauna Murray

Qorxusu: Havanın temperaturunda 4 dərəcəlik bir dəyişimin olması ehtimalı. 80 il kimi heç də uzun olmayan bir zaman müddətinin sonunda temperaturda 4 dərəcəlik artım gözlənilir. Əgər bu gerçəkləşərsə, Murray baş verə biləcək hadisələri düşünmək belə istəmədiyini bildirir.

Sarah Perkins

Sarah Perkins

Qorxusu: Qütblərdə fəlakət adlandıra biləcəyimiz hadisələrin baş verəcəyi.

Matthew England

Mattheu İnqland

Qorxusu: İqlim dəyişikliyinin səbəb ola biləcəyi qlobal müharibələr. İnqland iddia edir ki, qida mənbələri azalacaq və mənbənin bol olduğu yerlərə kütləvi köç başlayacaq. Bu isə qlobal müharibənin başlaması deməkdir.

Lesley Hughes

Lesley Huqhes

Qorxusu: Növlərin nəslinin kəsilməsi.

Penelope Ajani

Qorxusu: Qlobal iqlim dəyişməsinin təxmin edə bilməyəcimiz dəyişikliklərə də səbəb olması. Dəniz səviyyəsinin yüksəlməsi, qida ehtiyatlarının azalması gözlənilən nəticələrdir. Amma okeandakı planktonlara çatana qədər baş verə biləcək dəyişiklikləri təxmin etmək o qədər də asan deyil.

Peter Macreaide

Peter Makridie

Qorxusu: Qlobal fəlakət. Makridie qlobal fəlakətdən heç kimin qaça bilməyəcəyini, güvənə biləcəyimiz heç bir yerin qalmayacağını bildirir. Ən böyük qorxusu da budur.

Will Steffen

Uill Steffen

Qorxusu: İqlim üzərindəki nəzarətin tamamilə itirələcək olması. Steffenin dediklərinə əsasən, hazırda zərərli qazların atmosferə daxil olmasını azalda bilsək, iqlimi sabit hala gətirə bilərik. Amma indi önləmimizi almasaq, gələcəkdə zərərli qazların atmosferə daxil olmasının qarşısını alsaq belə, iş işdən keçmiş olacaq və iqlimi sabit hala gətirmək üçün heç nə edə bilməyəcəyik.

Mənbə: https://www.huffpost.com/entry/nick-bowers_n_5701202

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3867
avatar

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09