Narı yedikdən sonra  qabığını atmayın
30 noyabr 2022 16:10 (UTC +04:00)

Narı yedikdən sonra qabığını atmayın

Nar qabığı yüksək büzücü xüsusiyyətlərə malikdir. 

Lent.az-ın verdiyi məlumata görə, nar qabıqlarının dəmləməsi ayaqların tərləməsi və pis ayaq qoxusu zamanı kömək edir.

Nar qabığının məhlulu tökülmüş saçları bərpa edir, kəpəyin qarşısını da alır. Onunla üzünüzü yusanız, dəriniz də mərmər kimi təmiz olacaq, cavanlaşacaq.

Nar qabığı C vitamini ilə zəngin olduğundan damarlar üşün çox faydalıdır - damarları möhkəm və elastik edir.

Nar qabığının tozunu yaşıl çay, kişniş toxumu, zəncəfil və nanə ilə birgə dəmləyin. Hazırladığınız şəfalı içki bütün qadın xəstəliklərinin düşmənidir. Böyrək və mədə xəstəliklərinin də qarşısını alır.

Bəs nar qabığının tozunu necə hazırlayaq?

Bunun üçün qabığın içərisindəki ağ hissəni kəsib atın, çünki olduqca acıdır. Sonra qabığı isti yerdə qurudun, üyüdün, tünd rəngli şüşə qaba tökün, qaranlıq və quru məkanda saxlayın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Arzu Qurbanlı

Oxşar yazılar