Milyonçu təyyarədə qadına  100 min dollar   təklif etdi, lakin...
18 mart 2023 18:37 (UTC +04:00)

Milyonçu təyyarədə qadına 100 min dollar təklif etdi, lakin...

Bir çox insan inanılmaz sərvətin başlarına düşməsini xəyal edir. Və bəzi insanlar bəzən şanslı olur.
 
COVID-19 Erkən müalicə fondunun (CETF) yaradıcısı olan tanınmış amerikalı sahibkar Stiv Kirş təyyarənin göyərtəsində maska rejimi ilə bağlı qeyri-adi hekayənin qəhrəmanı olub.
 
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Kirş özünün “Twitter” hesabında yazıb ki,  yanında oturan bir qadına bütün uçuş boyu maskasını çıxarmaq üçün 100 min dollar təklif etsə də, lakin o, razılaşmayıb.

Milyonçunun sözlərinə görə, o, qadına maskaların işləmədiyini başa salmağa çalışıb. Amma qadın maskanın onu qoruduğuna inanaraq asan pul almaqdan imtina edib. Eyni zamanda, yol yoldaşı Kirşa əczaçılıq şirkətində işlədiyi üçün tibb sahəsində müəyyən biliklərə malik olduğunu deyib.
 
Stiv Kirş 100 dollarla ticarətə başlayıb. Qadın maskasını yalnız stüardessalar səhər yeməyi verəndə çıxarıb, çünki qadının dediyinə görə, yemək yeyərkən COVID-ə yoluxmaqolmaz. Eyni zamanda, Kirş ona virusa yoluxma prosesinin qida qəbulundan asılı olmadığını sübut etməyə çalışıb, çünki yoluxma ehtimalı varsa, xəstəliyi götürmək üçün yalnız bir nəfəs kifayətdir.
 

# 3126
avatar

Oxşar yazılar