Milyonçu bütün əmlakını satdı və həyatını tamamilə dəyişdi
30 mart 2024 13:41 (UTC +04:00)

Milyonçu bütün əmlakını satdı və həyatını tamamilə dəyişdi

İnsan milyonlarından, lüks həyatından imtina edib köçəri həyat tərzini seçə bilərmi? Amerikalı milyonçu bunu edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 4 milyon dollar sərvəti olan 36 yaşlı Ketlin Paylın şəxsi biznesi var idi və keçmiş əri ilə birlikdə ABŞ-ın Florida ştatının Orlando şəhərində səkkiz mərtəbəli evdə yaşayırdı.

31 yaşına qədər o, artıq işini möhkəmləndirmiş və ildə 4 milyon dollar qazanmağı bacarmışdı. Ancaq o, hər şeyi tərk edib köçəri olmağa qərar verib. Paylin bildirib ki, bütün əşyalarını sataraq, yük maşınına minib gündə 30 dollarla dolanmaq onun verdiyi ən yaxşı qərardır.

2019-cu ilin aprelində boşandıqdan və 4 milyon dollarlıq biznesini satdıqdan sonra Ketlin minimalist həyat tərzinə keçməyə qərar verib.

O, 88 000 dollara “Mercedes Sprinter” mikroavtobusu alıb. Yola çıxmazdan əvvəl onun təmirinə, o cümlədən böyük soyuducu, şirəçəkən və blenderdən ibarət xüsusi mətbəx avadanlıqları daxil 102 000 dollar xərcləyib. Ketlin artıq səkkiz ştatda olub və hər gün yeni təcrübələri kəşf etməkdən həzz alır. Hazırda şəxsi məşqçi kimi uzaqdan işləyir.

# 2463
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar