Argentinanın paytaxtı Buenos-Ayresdə it gəzdirən Nahuel Meneqini saxladığı 13 iti Argentina milli komandasının forması ilə geyindirərək şəhər küçələrində gəzdirməyə başlayıb.
Lent.az xəbər verir ki, itlər mavi-ağ formalar, xüsusi boyunluqlar və qayışlarla şəhər sakinlərinin diqqətini cəlb edir.
Sosial şəbəkələrdə "La Perroneta" adı ilə tanınan itlər qısa müddətdə yerli sakinlərin və turistlərin sevimlisinə çevrilib.
İnsanlar onlarla şəkil çəkdirir, videolar paylaşır və bu görüntülər milyonlarla baxış toplayır.
Nahuel Meneqini bildirib ki, bu ideya həm itlərə, həm də Argentina yığmasına olan sevgisindən yaranıb və komanda dünya çempionatında çıxış etdiyi müddətdə onları milli forma ilə gəzdirməyə davam edəcək.