Məşhur jurnalistin ölümü  yenidən gündəmdə: intihar, ya sui-qəsd?
02 oktyabr 2025 15:11 (UTC +04:00)

Məşhur jurnalistin ölümü yenidən gündəmdə: intihar, ya sui-qəsd?

0


2005-ci il fevralın 20-də Hanter S. Tompson Koloradonun Vudi-Krik bölgəsindəki evində odlu silah yarasından ölü tapılıb. Rəsmi versiyaya görə, bu hadisə intihar kimi qeydə alınmışdı. Tompson “gonzo-jurnalistika”nın yaradıcısı kimi tanınırdı - bu üslubda müəllif hadisələrin fəal iştirakçısına çevrilir. 

Lent.az xarici mediaya istinadlla xəbər verir ki, yazıçının dul həyat yoldaşı Anita Tompson əvvəllər bildirib ki, əriylə telefon danışığı zamanı silahın çəkicini xatırladan səs eşidib və dərhal dəstəyi asıb, bunun atəş ola biləcəyini düşünməyib. O, sonradan intihar versiyasına şübhə ilə yanaşaraq ərinin ölümünü “böyük səhv” adlandırmış və onun gələcək planlarla dolu olduğunu vurğulamışdı.

Pitkin dairəsinin şerifi Maykl Buqlion isə qeyd edib ki, cinayətə işarə edən yeni sübutlar aşkar olunmasa da, qalan suallara cavab tapmaq və ailə ilə ictimaiyyətə aydınlıq gətirmək üçün müstəqil və şəffaf araşdırma aparmaq vacibdir.

Tompsonun xahişi ilə cənazəsi kremasiya edildiyi və külü səpildiyi üçün qalıqların yenidən ekspertizası nəzərdə tutulmur. Buna baxmayaraq, hakimiyyət orqanları ümid edirlər ki, müstəqil araşdırma onun ölümünün şəraitini qəti şəkildə aydınlaşdıracaq.

Prosesi başa çatdırmaq üçün müəyyən vaxt limiti qoyulmayıb, əlavə məlumat araşdırma yekunlaşdıqdan sonra açıqlanacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar