Məşhur rusiyalı teleaparıcı Kseniya Sobçak “Tiktok”a girənləri axmaq adlandırıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, aparıcı bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.
“İnsanların çoxu təəssüf ki, axmaq və təhsilsizdir. Bu mənim fikrim deyil, bir faktdır. Əvvəllər bu sosial şəbəkə yox idi deyə, oturub tum çırtlayırdılar. İndi isə həmin şəxslər “Tiktok”da sürünür” - deyə Sobçak qeyd edib.
Onun bu fikirləri ölkədə gündəm yaradıb və insanlar tərəfindən qınanılıb.