1. Adı Qədim Romadan gəlir.
Qədim Romada mart ayının adı, Roma müharibə tanrısı olan “Martius” idi. Bu ay, müharibəyə başlamaq üçün uğurlu ay sayılırdı. Roma təqviminin ilk ayı idi.
2. Mart ayının adı bir çox dildə eyni və ya oxşardır.
März (Maerz) (Almanca), Mars (Fransızca), Maris (Ərəbcə), Marzo (İspanca), Marzo (İtaliyanca), March (İngiliscə) ve Maart (Hollandca).
3. İlk bahar mart ayında başlayır.
Martın 21-ində bahar ekinoksu gerçəkləşir. 21 martda Günəş işıqları Ekvatora dik olaraq düşür. Gündüz ilə gecə bərabərləşir, ölkəmizdə də həmin gün Novruz bayramı kimi qeyd olunur.
4. Hər il mart və iyun ayları həftənin eyni günündə bitir.
Məsələn, bu il 21 mart çərşənbə axşamı, 30 iyun da çərşənbə axşamı bitir.
5. Qış yuxusundakı heyvanlar mart ayında oyanmağa başlayır.
Qış yuxusuna yatmış heyvanlar martda oyanmağa başlayır, eyni zamanda da pişiklərin cütləşməyə başladığı aydır.
6. Mart, Cənub yarımkürəsində sentyabr ayının əksidir.
Şimal yarımkürəsində mart baharın gəlişini təmsil edir, Cənub yarımkürəsində isə sentyabr ayı baharın gəlişidir.
7. Statistikaya nəzərən mart ayı ABŞ-da ən gəlirsiz aydır.
ABŞ-da NBA sezonunun başlaması səbəbi ilə şirkətlər bütün gəlirlərini “March Madness” adlı oyunlara yatırır.
8. Mart ayında doğulmusunuzsa, doğum çiçəyiniz nərgiz gülüdür.
9. Tvitterin yaranma ayı martdır.
Tvitter Jack Dorsey tərəfindən 21 mart 2006-cı ildə qurulub.
10. İlk telefon danışığı mart ayında gerçəkləşib.
10 mart 1876-cı ildə Alexander Graham Bell, ilk telefon danışığını həyata keçirib. Danışdığı ilk insan köməkçisi idi və ona “Mister Vatson, bura gəl. Səni görmək istəyirəm.” Deyib.