Kirpik proseduruna   görə xəstəxanaya düşdü
17 noyabr 2023 18:00 (UTC +04:00)

Kirpik proseduruna görə xəstəxanaya düşdü

İngiltərənin Keathley şəhərində yaşayan Harley Vatson kirpik uzatma prosedurundan sonra xəstəxanaya yerləşdirilib. 

Lent.az xəbər verir ki, seans zamanı rəfiqəsi ona kirpik və qaşların böyüməsi üçün serum vurub. 

Qadın prosedurun nəticələrini bəyənib. Ancaq sonradan onun gözləri qaşınmağa və şişməyə başlayıb. Onun gözünün ətrafında böyük qırmızı dairələr görünüb. 

“Səhəri gün oyandım və dəhşətə gəldim. Mən vəba qurbanı kimi görünürdüm”, - britaniyalı qadın şikayət edib. 

Vatson şiddətli ağrı ilə xəstəxanaya getməli olub. Həkimlər xəstəyə antihistaminiklər təyin edib və o, sağalmaq üçün işdən iki həftə məzuniyyət götürüb. Ancaq qızartı uzun müddət davam edib və qızın dediyinə görə, işdəki müştərilər onun görünüşünə görə ondan qorxmağa başlayıblar. Bundan əlavə, kosmetoloq olan qadın kimyəvi maddələrlə işləməli olduğu üçün allergiya kimi problem də yaranıb.

Nəticədə britaniyalı qadın peşəsini dəyişmək məcburiyyətində qalıb. O, qeyd edib ki, iki il keçsə də, adı çəkilən kosmetik məhsula reaksiyanın təsirini hələ də hiss edir və dərman qəbul edir. Qadın bütün qadınlara kosmetik prosedurlar zamanı diqqətli olmağı məsləhət görüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3627
avatar

Sevinc Fərid

Oxşar yazılar