İsa peyğəmbər dekabrın 25-də doğulub?  - alimlər AÇIQLADI
24 dekabr 2025 19:59 (UTC +04:00)

İsa peyğəmbər dekabrın 25-də doğulub? - alimlər AÇIQLADI

0

Tarixi baxımdan Nazaretli İsa birinci əsrdə yaşamış yəhudi təbliğatçısı və dini lider idi. Bir çox ölkələrdə o, insan olmuş Tanrı Oğlu və Yəhudi Müqəddəs Kitabında qabaqcadan xəbər verilən çoxdan gözlənilən Məsih hesab olunur. Məhz bu sonuncu xüsusiyyət ona “Xristos” adını qazandırıb.

Dünyanın hər yerində xristianlar 25 dekabr tarixində İsanın doğumunu qeyd edirlər. Hətta müasir təqvim də illərin hesablanmasını onun doğum ilindən başlayır. Lakin o, həqiqətən bu gündəmi doğulub? 

Lent.az bu mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Ümumilikdə, İsanın dəqiq doğum tarixini müəyyən etməyə imkan verən kifayət qədər tarixi sübut yoxdur. Ancaq 25 dekabrın ənənəvi tarix kimi qəbul edilməsi də möhkəm dəlillərə əsaslanmır.

“Məsələn, əvvəla “sıfırıncı il” anlayışı mövcud deyildi. Amma o, mövcud olsaydı belə, İsa həmin dövrdə doğulmayıb. İsanın həyatından bütöv bir nəsil sonra yazılmış Matta və Luka İncilində müəyyən tarixi əlaqələr var, lakin onlar bir-biri ilə uzlaşmır. Matta İsanın doğumunun Böyük Hirodun dövründə baş verdiyini bildirir. Luka isə doğumun Suriyanın Roma canişini Kviriniy (Kiriniy) tərəfindən aparılan əhali siyahıyaalınması zamanı baş verdiyini deyir”, - materialda qeyd olunur.

İsa peyğəmbər yadplanetli olub – İnanılmaz faktlar

Əhali siyahıyaalınması eramızın 6-cı ilində keçirilib. Halbuki Hirod bundan ən azı 7 il, bəlkə də, 10 il əvvəl vəfat etmişdi. Eramızdan əvvəlki illərdə də müxtəlif siyahıyaalmalar aparılıb. Alimlər Hirodla bağlı əlaqəni digər ehtimallardan daha inandırıcı hesab edirlər, buna görə də İsanın doğumunun daha real tarixi adətən eramızdan əvvəl 6–4-cü illər arası hesab olunur.

Öz növbəsində, Beytləhm ulduzuna əsaslanan nəzəriyyə bu səmavi işarənin əslində kometa olduğunu irəli sürür. Bu halda İsa eramızdan əvvəl 5-ci ildə doğulmuş ola bilərdi.

Niyə Milad bayramı məhz dekabrın 25-də qeyd olunur?

Xristianlığın ilk əsrlərində möminlər Miladı qeyd etmirdilər. Pasxa, daha sonra isə Epifaniya (Böyük Açıqlanma) bayramları yalnız eramızın II əsrində qeyd olunmağa başlanıb. İsa Məsihin doğumunun dekabrın 25-də baş verdiyinə dair məlum olan ən erkən qeyd eramızın III əsrinə aiddir və Roma İppolitinə məxsusdur. Milad adı ilə tanınan bu bayramın xristian ənənəsinin bir hissəsinə çevrilməsi üçün bir neçə onillik lazım olub.

Alimlər illərdir mübahisə edirlər ki, İsa, doğrudan da, dekabrın 25-də, yoxsa ilin başqa bir günündə doğulub. Qış və yaz fəsilləri ən ehtimal olunan dövrlər sayılır, lakin kanonik (eləcə də qeyri-kanonik) incillərdə bunu təsdiqləyən heç bir dəlil yoxdur.

“1200-cü illərdən etibarən insanlar dekabrın 25-i ilə Roma dövrünün məğlubedilməz Günəş – Sol İnviktus bayramı arasında əlaqə olduğunu qeyd ediblər. Bu bayram günlərin uzanmağa başladığı qış gün dönümündən dərhal sonrakı dövrü simvolizə edirdi. Bayramın tam adı Dies Natalis Solis İnvikti idi və latın dilindən “Məğlubedilməz Günəşin doğum günü” kimi tərcümə olunur. “Natale” sözü isə italiyalıların bu günə qədər Milada verdiyi addır”, – deyə müəlliflər vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar