İqlim dəyişikliyi ilə bağlı  XƏBƏRDARLIQ
19 iyun 2023 18:34 (UTC +04:00)

İqlim dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ

Bəşəriyyət planetin ekosisteminin sabitliyinin məqbul hüdudlarından kənara çıxıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticəyə isveçli professor Yohan Rokstromun rəhbərlik etdiyi bir qrup alim gəlib.

Riyazi modellərdə tədqiqatçılar insan fəaliyyəti nəticəsində qeyri-sabitliklə təhdid edilən hədləri hesablayıblar. Nümunə olaraq elm adamları təbiətə insan təsirinin praktiki olmadığı Holosen dövrünü götürüblər.

Məlum olub ki, sivilizasiyamız artıq səkkiz hədd dəyərdən yeddisini keçib. Bu, orta qlobal temperatur, biosferin, hidrosferin, kriosferin vəziyyəti və onlarla əlaqəli karbon, su və qida maddələrinin dövrləridir. Siyahıdan kənarda isə havanın aerozol çirklənməsi olub.

Alimlər qeyd edirlər ki, kritik hədd bu əsrin sonuna qədər temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artması hesab olunurdusa, indi bu rəqəm 1,2 dərəcəyə çatıb və bu, milyonlarla insanı sağ qalmaq astanasında qoyub.

"Biz yer sisteminin biofiziki imkanlarının həddinə çatırıq və uçma nöqtələrinə yaxınlaşırıq, qlobal miqyasda həyatı dəstəkləmə sistemlərinə getdikcə daha çox geri dönməz zərər görürük", - Rockström bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4602
avatar

Fidan İlqar

Oxşar yazılar