Boris Conson
03 noyabr 2021 20:15 (UTC +04:00)

Boris Conson

İngiltərənin baş nazirinin nənəsi ilə bağlı ŞOK İDDİA: İstanbulda satılıb

İngiltərənin baş naziri Boris Consonun babasının ata tərəfdən nənəsi Hanife Feridenin Rusiyanın həyata keçirdiyi çərkəz sürgünü zamanı Türkiyəyə köçdüyü və 13 yaşında İstanbulda varlı bir tacirə satıldığı üzə çıxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Britaniyanın baş naziri Boris Consonun bacısı, jurnalist Reyçel Sabiha Conson Britaniyanın "Times" qəzeti üçün məqalə yazıb.

Bu yazıda Reyçel Conson Kanal 5-də yayımlanan "1000 illik köləlik" proqramında əcdadlarının araşdırıldığı çərkəz babasının nənəsi Hanife Feride haqqında ağrılı bir həqiqəti öyrəndiyini bildirib.

Reyçel və Boris Consonun ulu nənələrindən olan Hanife Feride (sağda oturan) qızı Münəvvər və nəvəsi Dürerlə birlikdə. Münəvvər Əli Kamalın bacısı idi.

Conson bunları deyib: “Hanife Feride 1800-cü illərin ikinci yarısında rusların Qafqazda çərkəzlərə qarşı sürgün edilməsi səbəbindən İstanbula köçüb. Ulu nənəmiz Hanife Feride ağ quldarlığın (cinsi köləlik) qurbanı olub və cəmi 13 yaşında olarkən atası tərəfindən İstanbulda 43 yaşlı varlı tacir Əhməd Həmdiyə satılıb.

Bu faktı öyrənəndən sonra sənədli film çəkiliş qrupu mənim ağlamamı gözləyib. Amma bu ağ köləlik məsələsinə üzülmədim, sadəcə çox fikirli idim. Çünki düşünürdüm ki, Hanife Feridenin atasının heyran olduğu bir tacirlə evlənməsi ona Qara dəniz sahilindəki kasıb bir kənddə qalmaqdan daha yaxşı həyat şansı verə bilər”.

"Əfqan atalar kimi”

Reyçel Sabiha Conson sözünə belə davam edib: “Həmçinin Hanife Feride nənəmiz “satılmasaydı, yəqin ki, yenidən hərrac yolu ilə nikah bağlayacaqdı.

19-cu əsrdə Qafqazdakı iqtisadi çöküş, yoxsulluq və işğal kimi səbəblərdən övladlarını satan atalar 2021-ci ildə Əfqanıstanda “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra uşaqlarını satan atalara bənzəyir. Məncə, Hanife Feridenin satılması ona şans gətirib. Bu evliliyə görə qardaşım, üç nəsil sonra dünya liderləri sırasında olan siyasətçi Boris Conson dünyaya gəlib”.

Digər tərəfdən, Çərkəz xalqı 1862-ci ildən Rusiya tərəfindən Qafqazdan sürgünə göndərilib və sürgün siyasəti 1917-ci ilə qədər Çar Rusiyası dağıdılana qədər davam edib.
 
İkinci adı Sabiha
 
Boris Consonun ulu nənələri Hanife Feridedən bəhs edən bacısı Reyçelin ikinci adı Sabihadır. Jurnalist Rayçel Sabiha Consonun ikinci adının da Türkiyə ilə əlaqəsi var. Boris Consonun atası Stenli Conson, babası Əli Kamalın “vətənə xəyanət” damğasına baxmayaraq,  Türkiyənin ən mühüm diplomatlarından biri, Londondakı keçmiş səfiri olan ögey əmisi Zeki Kuneralp ilə çox yaxın dost olub. Sabiha həm də Ali Kamalın ikinci həyat yoldaşının, başqa sözlə, Zeki Kuneralpın anasının adı idi.
 
Boric Consonun atasının atası Əli Kamaldır
 
1867-ci ildə İstanbulda doğulan Əhməd Həmdi və Hanife Feridenin oğlu Əli Kamal Boris Consonun atası Stenli Consonun babası olur.

Osmanlı dönəmində jurnalist-yazar olan Əli Kamal İkinci Məşrutə monarxiyası və Mübarizə dövründə İttifaq və Tərəqqi əleyhinə fikirlərinə görə xaricə qaçıb. Bir müddət yaşadığı İngiltərədə ingilis Uinifred Brun ilə ailə quran Əli Kamalın Selma və Osman Kamal adlı iki övladı olub, lakin həyat yoldaşı oğulları dünyaya gəldikdən qısa müddət sonra vəfat edib.

Məşrutə monarxiyasının elan edilməsindən bir gün əvvəl İstanbula qayıdan Əli Kamal qısa müddətə Damat Ferit Paşa hökumətlərində Maarif və Daxili işlər naziri vəzifələrində çalışıb. Ancaq Qurtuluş döyüşü zamanı Mustafa Kamal Atatürkə və milli mübarizəyə müxalifliyinə görə bir çox insanlar tərəfindən “satqın” damğası alan Əli Kamal 1922-ci ildə İstanbulda bir bərbərxanadan İttihad və Tərəqqi Komitəsinin kəşfiyyat orqanı olan “Təşkilatı Mahsusa”nın üzvləri tərəfindən qaçırılıb.

Əli Kamal “dövlətə xəyanət” ittihamı ilə məhkəmə qarşısına çıxarılmaq üçün Ankaraya aparılarkən İzmitdə regional komandanlıq qərargahı qarşısında toplaşan kütlə tərəfindən linç edilib.

Londonda yaşayan Əli Kamalın oğlu Osman Kamal və qızı Səlma məktəbdə zorakılığa məruz qalmamaq üçün nənələrinin qızlıq soyadını “Conson” alıblar. Osman Kamal da adını "Vilfred Conson" kimi dəyişdirib.

Uilfred Conson daha sonra ingilis İren Uilyamsla evlənib və cütlüyün oğlu Stenli Conson 1940-cı ildə dünyaya gəlib. 

Boris Conson daha əvvəl Ali Kamalın ulu babası olduğunu açıqlasa da, Hanife Feride ilə bağlı həqiqət ilk dəfə üzə çıxıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9495
avatar

Oxşar yazılar