“Tik-Tok”da məzmun yaradıcısı olan şəxs ikinci əl geyim aldığı üçün nadir dəri infekisiyasına yoluxub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, o, ikinci əl geyim mağazasından aldığı paltarları yumadan geyindiyi üçün qısa zamanda yoluxucu infeksiyaya tutulub.
“Molluscom Contangiosum” çiçək virusunun yaratdığı yoluxucu dəri infeksiyası, dəridə kiçik, qabarıq yaralar şəklində özünü göstərir. Bu yüksək yoluxucu infeksiya adətən immunitet sistemi virusu məhv etdikdə öz-özünə yox olur, lakin lezyonlar uzun müddət davam edə və yayıla bilər.
Zərərçəkmiş bu infeksiyanın birbaşa paltardan keçdiyini düşünür. Mütəxəssislər bu ehtimalı təsdiqləyirlər. Dermatoloqlar isə davamlı olaraq sınaqdan keçirilən sürətli moda markalarının məhsullarında bu riskin daha da yüksək olduğunu bildirirlər.
Br sözlə, təzə və ya ikinci əl paltarları yumadan geyinmək düşündüyünüzdən daha çox risk daşıyır.